Təmraz Tağıyev: “Əməkdaşlığın, digər sahələrdə olduğu kimi, Türk dövlətlərinin yerli özünüidarəetmə səviyyəsində də aparılmasına ehtiyac var”.
Sədrin sözlərinə görə, toplantıda ölkəmizi Azərbaycan Şəhər
Bələdiyyələrinin Milli Assosiasiyasının (AŞBMA) sədri Təmraz Tağıyev və
AŞBMA-nın məsləhətçisi Rövşən Məmmədov təmsil ediblər.
TDBB-nin baş katibi Fahri Solak toplantıdakı çıxışında Türk dövlətlərinin yerli özünüidarəetmələri
arasında olan əməkdaşlıq əlaqələrinə toxunaraq, bu kimi əlaqələrin TURKPA ilə əməkdaşlıq
çərçivəsində daha da artırılmasınin zəruriliyini qeyd edib.
Toplantı zamanı AŞBMA-nın sədri və TDBB İdarə Heyətinin üzvü Təmraz Tağıyev çıxış edərək Azərbaycan bələdiyyələrinin beynəlxalq müstəvidə, əsasəndə Türk dövlətləri bələdiyyələri ilə apardığı əməkdaşlıqları dilə gətirmişdir.
Sədr çıxşında qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev daim bildirir ki, "Bizim ailəmiz Türk dünyasıdır”. Bununla yanaşı sədr çıxışında ölkə başçısının Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirdiyi siyasətin mühüm əhəmiyyətini qeyd etmiş və Türk dövlətləri arasında aparılan əməkdaşlığın, digər sahələrdə olduğu kimi, yerli özünüidarəetmə səviyyəsində də intensiv şəkildə aparılmasına ehtiyac olduğunu vurğulamışdır.
Təmraz Tağıyev çıxışında həmçinin ötən dövr ərzində AŞBMA-nın dəstəyi ilə Azərbaycan
bələdiyyələri ilə Türkiyə, Şimali Kipr və Bosniya və Herseqovina bələdiyyələri
arasında aparılmış görüşlərin və təcrübə
mübadilələrin önəmini vurğulamışdır. Sədr həmçinin ötən ilin sentyabr ayında
Şimalı Kipr Türk Bələdiyyələr Birliyi (KTBB) ilə Azərbaycan Şəhər Bələdiyyələrinin
Milli Assosiasiyası (AŞBMA) arasında yerli özünüidarəetmə sahəsində əməkdaşlıq
haqqında protokol imzalanmasını və bu kimi protokolların digər Türk dövlətlərinin
yerli özünüidarəetmə orqanları ilə imzalanması vacibliyini də qeyd etmişdir.
Qeyd edək ki, toplantıda Özbəksitan Respublikası Ali Məclisinin Komitə sədrinin müavini Səyarə Abdukərimova və Özbəkistan və Qırğızıstan Ali Məclisin üzvləri, habelə Türkiyə, Şimali Kipr və Azərbaycan Milli Məclisindən olan digər rəsmi nümayəndələr, habelə TURKPA katibliyinin rəsmiləri iştirak ediblər.
Rəylər
0 Rəy